“Azərbaycan millisinin liderləri bizlə oyunda peyda ola bilər” – ukraynalı baş məşqçi

“Azərbaycan millisinin liderləri bizlə oyunda peyda ola bilər” – ukraynalı baş məşqçi
17-05-2018 / 10:23 TOP OYUNLARI
1365

“Qızıl Avropa Liqasında İvano-Frankovskedəki turnirdə çıxış etdiyimiz heyətlə oynayacağıq. Yalnız Nadejda Kodolo komandaya oyunlar zamanı komandaya qoşulacaq. Ona bir neçə gün əlavə istirahət verdiyimiz üçün yoxlama matçlarında sınamadıq”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Qari Yeqiazarov deyib.

 

Təcrübəli mütəxəssis Qızıl Avropa Liqasının startı ərəfəsində komandasının vəziyyətini dəyərləndirib. O bildirib ki, A qrupunda Azərbaycan, Portuqaliya və Bolqarıstana qarşı bir neçə oyunçunun xidmətindən yararlana bilməyəcək: “Təəssüf ki, komandada görmək istədiyim bir neçə oyunçu zədəsinin müalicəsi ilə məşğuldu. Bu üzdən də onlara yayda keçiriləcək Avropa çempionatının seçmə mərhələsində güvənəcəm. İnna Molodtsova isə yəqin ki, bir daha yığmamızda çıxış etməyəcək”.

 

Qrupdakı rəqiblər barədə danışan Yeqiazarov Faiq Qarayevin yetirmələrindən çəkindiyini də etiraf edib. Onun sözlərinə görə, təcrübəli oyunçular son anda komandaya qoşularlarsa, yetirmələrinə heç də asan olmayacaq: “Qızıl Avropa Liqasının startına əlbəttə ki, az vaxtımız qalıb. Lakin bütün komandalar eyni durumdadı. Ona görə çalışacağıq ki, vaxtdan qrupdakı rəqiblərlə müqayisədə daha səmərəli istifadə edək. Azərbaycan millisinin son günlərdə Slovakiya (3:0) və Avstriya (4:1) ilə yoxlama oyunları keçiriblər. Amma bir neçə lider, xüsusilə də Natalya Məmmədova heyətdə olmayıb. Lakin bu heç nə demək deyil. Çünki Avropa Liqasında mayın 19-da ilk oyunumuzu keçirdikdə həmin voleybolçular da peyda ola bilər”.

 

Qeyd edək ki, Azərbaycan – Ukrayna görüşü Voleybol Mərkəzində keçiriləcək.