Azərbaycan – Ukrayna görüşü yunanıstanlıya tapşırıldı

Azərbaycan – Ukrayna görüşü yunanıstanlıya tapşırıldı
17-05-2018 / 11:31 FUTBOL
313

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının ilk turunun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 19-da baş tutacaq Azərbaycan – Ukrayna görüşünü idarə edəcək referilər də müəyyənləşib.

 

Belə ki, Avropa Voleybol Konfederasiyası yığmamızın oyununu yunanıstanlı Epaminondas Gerothodorosa həvalə edib. Matçda ikinci hakim funksiyasını həmyerlimiz Eldar Əliyev yerinə yetirəcək.

 

Qeyd edək ki, Bakıda olacaq görüş Voleybol Mərkəzində keçiriləcək.