“Qəbələ”də ilk ayrılıq: Hollandiyalı getdi

“Qəbələ”də ilk ayrılıq: Hollandiyalı getdi
17-05-2018 / 12:07 FUTBOL
1620

“Qəbələ” hollandiyalı futbolçu Dion Malon ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

 

2017-ci yayından komandada çıxış edən legioner 2017-2018 mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Topaz Premyer Liqasında 18 matça çıxan hollandiyalı Avropa Liqasında 3 oyunda iştirak edib.

 

“Qəbələ” rəhbərliyi futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.