Benites London klubunun baş məşqçisi ola bilər

Benites London klubunun baş məşqçisi ola bilər
17-05-2018 / 12:18 FUTBOL
424

“Nyukasl”ın baş məşqçisi Rafael Benites klubdan ayrıla bilər. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, “Vest Hem” ispan mütəxəssisin xidmətində maraqlıdı.

 

“Vest Hem” ötən gün Devid Moyeslə yolların ayrıldığını açıqlamışdı. London klubu yaxın 10 gün ərzində yeni baş məşqçinin adını açıqlamaq istəyir. Namizədlərin sırasında Rafael Benitesin də adı var.

 

“Nyukasl” Rafael Benitesin rəhbərliyi altında cari mövsümdə İngiltərə Premyer Liqasını 10-cu pillədə tamamlamışdı.

 

Qeyd edək ki, daha öncə “Vest Hem”in PSJ-dən ayrılan Unai Emeri ilə danışıqlara başladığı barədə xəbərlər yayılmışdı.