“Trabzonspor”un baş məşqçisi istefa verdi

“Trabzonspor”un baş məşqçisi istefa verdi
17-05-2018 / 13:23 FUTBOL
368

“Trabzonspor” baş məşqçisi Rıza Çalımbayla yollarını ayıracaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu təcrübəli mütəxəssis özü açıqlayıb.

 

O, mövsümün son qarşılaşmasının ardından vəzifəsindən ayrılacağını bildirib: “Rəhbərliklə görüşdə onlar yeni müqavilə təklifi etdilər. Lakin mən buna razılıq vermədim və onlara təşəkkürümü bildirdim. Bu həftə “Trabzonspor”un “sükanı arxası”nda son matçıma çıxacam”.

 

Qeyd edək ki, “Trabzonspor” son tur çərçivəsində sabah “Karabükspor”u qəbul edəcək.