“Qəbələ”dən ayrıldı, sabiq klubuna qayıdır

“Qəbələ”dən ayrıldı, sabiq klubuna qayıdır
17-05-2018 / 14:17 FUTBOL
492

“Qəbələ” ilə yollarını ayıran Dion Malonun karyerasını harda davam etdirəcəyinə böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının Hollandiya mətbuatına istinadən məlumatına görə, 29 yaşlı müdafiəçi yenidən bu ölkədə mübarizə aparacaq.

 

Belə ki, Malon “Den Haaq” klubunun maraq dairəsinə düşüb. Gələn mövsümün planlarını cızmağa başlayan Erediviziya təmsilçisi 3 futbolçu ilə danışıqlara başlayıb ki, onlardan biri də məhz sabiq “Qəbələ”lidi. Həmçinin “Ayaks”dan Deyovaisyo Zefuik və “Tvente”dən Hidde Ter Avestin də “Den Haaq”a keçidi gözlənilir.

 

Maraqlıdı ki, Malon ötən il “Qəbələ”yə məhz “Den Haaq”dan keçmişdi. O, 5 il formasını geyindiyi klubu cari mövsümün əvvəlində tərk edərək Azərbaycana yollanmışdı.

 

Qeyd edək ki, Dion Malon bu mövsüm “Qəbələ”nin heyətində ümumilikdə 21 oyun keçirib. Bunun 18-i Topaz Premyer Liqasında, 3-ü isə Avropa Liqasında baş tutub.