Avropa Liqası: mövsümün simvolik komandasında 6 “Atletiko”lu - FOTO

Avropa Liqası: mövsümün simvolik komandasında 6 “Atletiko”lu - FOTO
17-05-2018 / 22:28 FUTBOL
163

Avropa Liqasında 2017-18 mövsümünün simvolik heyəti açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu “18-lik” müəyyənləşdirib.

 

Simvolik komandada ən çox oyunçusu yer alan komanda çempion “Atletiko”du. Madridlilərin 6 üzvü ən yaxşılar sırasına düşüb.

 

Qapıçılar: Yan Oblak (“Atletiko”), Ruy Patrisio (“Sportinq”);

Müdafiəçilər: Leonardo Bonuççi (“Milan”), Dieqo Qodin (“Atletiko”), Ştefan Layner (“Zalsburq”), Luiz Qustavo, Buna Sarr (hər ikisi “Marsel”);

Yarımmüdafiəçilər: Bruno Fernandes (“Sportinq”), Nabi Keyta (“Leyptsiq”), Diadye Samasseku (“Zalsburq”), Koke, Saul, Qabi (hamısı “Atletkio”);

Hücumçular: Jelson Martins (“Sportinq”), Antuan Qrizmann (“Atletiko”), Çiro İmmobile (“Latsio”), Dimitri Paye (“Marsel”), Timo Verner (“Leyptsiq”).

 

Qeyd edək ki, Avropa Liqasının finalında “Atletiko” “Marsel” üzərində 3:0 hesablı qələbə qazanıb.