DÇ-2018: Fransanın heyəti açıqlandı, ulduz futbolçular kənarda qaldı

DÇ-2018: Fransanın heyəti açıqlandı, ulduz futbolçular kənarda qaldı
17-05-2018 / 23:00 DÇ-2018
2501

Dünya çempionatının favoritləri arasında göstərilən Fransa millisinin heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Didye Deşam “23-lüy”ü açıqlayıb.

 

Təcrübəli mütəxəssis bununla yanaşı, ehtiyat heyət də seçib. Belə ki, əsas komandadan kimsə zədələnsə əvəzinə ehtiyatdakılardan biri gedəcək.

 

İndiki vəziyyətə əsasən demək olar ki, Kinqsli Koman, Luka Din, Aleksandr Lyakazett, Antoni Marsial və Adrien Rabio kimi ulduzlar mundialı buraxacaq.

 

Qapıçılar: Uqo Loris (“Tottenhem”, İngiltərə), Stiv Mandanda (“Marsel”), Alfons Areola (PSJ);

Müdafiəçilər: Cibril Sidibe (“Monako”), Benjamin Pavar (“Ştutqart”, Almaniya), Rafael Varan (“Real”, İspaniya), Prenel Kimpembe (PSJ), Adil Rami (“Marsel”), Samuel Umtiti (“Barselona”, İspaniya), Lyuk Ernandes (“Atletiko”, İspaniya), Benjamin Mendi (“Mançester Siti”, İngiltərə);

Yarımmüdafiəçilər: Pol Poqba (“Mançester Yunayted”, İngiltərə), Nqolo Kante (“Çelsi”, İngiltərə), Korentin Tolisso (“Bavariya”, Almaniya), Blez Matuidi (“Yuventus”, İtaliya), Stiven Nzonzi (“Sevilya”, İspaniya), Toma Lemar (“Monako”);

Hücumçular: Kilian Mbappe (PSJ), Olivye Jiru (“Çelsi”, İngiltərə), Antuan Qrizmann (“Atletiko”, İspaniya), Usman Dembele (“Barselona”, İspaniya), Nabil Fekir (“Lion”), Florian Toven (“Marsel”);

Ehtiyat heyət: Vissam Ben-Yedder (“Sevilya”, İspaniya), Kinqsli Koman (“Bavariya”, Almaniya), Benua Kostil (“Bordo”), Matye Debyusi (“Sent-Etyenn”), Luka Din (“Barselona”, İspaniya), Aleksandr Lyakazett (“Arsenal”, İngiltərə), Antoni Marsial (“Mançester Yunayted”, İngiltərə), Adrien Rabio (PSJ), Mamadu Sako (“Kristal Pelas”, İngiltərə), Mussa Sissoko (“Tottenhem”, İngiltərə), Kurt Zuma (“Stok Siti”, İngiltərə).

 

Qeyd edək ki, Fransa yığması dünya çempionatında Avstraliya, Danimarka və Peru ilə C qrupunda mübarizə aparacaq.