Yunanlardan qeyri-adi rekord

Yunanlardan qeyri-adi rekord
01-07-2014 / 09:07 DÇ-2014
947

Dünya çempionatının 1/8 final mərhələsinin Kosta-Rika ilə oyunda qol vuran Yunanıstan millisinin müdafiəçisi Sokratis Papastatopulos adını  futbol tarixinə yazdırıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu çox maraqlı bir rekorda imza atıb.

 

Sokratis həmin qarşılaşmada 90+1-ci dəqiqədə qol vurmaqla oyunu əlavə vaxta aparıb. Məhz bu qol onun adını rekordçular sırasına yazdırıb. Yunan müdafiəçi dünya çempionatları tarixində qol vuran ən uzun adlı futbolçu olub.