Dünya çempionatında qeyri-adi rekord

Dünya çempionatında qeyri-adi rekord
02-07-2014 / 09:21 DÇ-2014
7366

Braziliyada keçirilən dünya çempionatında qeyri-adi rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Argentina millisinin yarımmüdafiəçisi Anhel di Mariya mundialın 1 oyununda qapı çərçivəsinə ən çox zərbə vuran futbolçusu olub.

 

Di Mariya 1/8 final mərhələsinin İsveçrə ilə görüşündə avropalıların qapısına 12 dəqiq zərbə vurub. Lakin bu toplardan yalnız biri qapıdan keçib. 118-ci dəqiqədəki qolla oyunun taleyini həll edən futbolçu son 44 ildə heç kimin bacarmadığını gerçəkləşdirib.

 

Belə ki, sonuncu dəfə 1970-ci ildə bir oyunçu matç ərzində 12 və ya daha çox zərbə vurmuşdu. Buna İtaliya yığmasının əfsanəsi Luici Riva nail olmuşdu. Appenninli İsraillə qarşılaşmada 13 zərbə vurmuşdu.