“Simurq”un ilk rəqibi dəqiqləşdi

“Simurq”un ilk rəqibi dəqiqləşdi
09-12-2014 / 22:10 DÇ-2014
9806

"Simurq”un qış təlim-məşq toplanışı artıq məlumdu. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda yanvarın 6-da Antalyaya yola düşəcək və "Sirena Belek" otelində məskunlaşacaq.

 

Zaqatala təmsilçisi burada dörd yoldaşlıq görüşü keçirdəcək. Qarşılaşmalar yanvarın 15-də, 18-də, 21-də və 24-də baş tutacaq. Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Albaniyanın "Partizani" klubu olacaq. 

 

"Simurq" yanvarın 25-də ölkəyə qayıdacaq və hazırlıqları Zaqatalada davam etdirəcək.