Həmsədrlər Ermənistana səfərlə bağlı bəyanat yayıblar: Xarici işlər nazirləri yaxın gələcəkdə görüşəcəklər

hemsedrler ermenistana seferle bagli beyanat yayiblar xarici isler nazirleri yaxin gelecekde gorusecekler

ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana səfərləri ilə bağlı bəyanat yayıblar.

 

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, iyunun 12-14-də Ermənistanda səfərdə olan həmsədrlər xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və Ermənistan prezidenti Armen Sarkisyanla görüşüblər.

 

Görüş zamanı həmsədrlər prosesi irəli aparmaq istiqamətində növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirlərinin yaxın gələcəkdə keçiriləcək görüşü də müzakirə edilib. Onlar həmçinin Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində son vəziyyət barədə fikir mübadiləsi aparıblar və konstruktiv mühitin qorunmasının vacibliyini vurğulayıblar. 


Həmsədrlər Helsinki Yekun Aktı, o cümlədən güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında tərəflərə münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində köməklik göstərməyə sadiqliklərini təkrarlayıblar. 
 

Ermənistan rəsmiləri ATƏT-in Minsk qrupu və ATƏT sədrinin şəxsi nümayəndəsinin işini dəstəklədiklərini və həmsədrlərin himayəsi altında məhsuldar şəkildə işləməyə davam etməyə hazır olduqlarını vurğulayıblar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267