Hikmət Hacıyev: “Ermənistan prezidentinin Kəlbəcər rayonuna səfəri təxribat məqsədi daşıyır”

hikmet haciyev ermenistan prezidentinin kelbecer rayonuna seferi texribat meqsedi dasiyir

Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfəri təxribat məqsədi daşıyır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

 

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

Onun sözlərinə görə, bu bir daha onu sübut edir ki, Ermənistan rəhbərliyinin sülhdən və ya əməkdaşlıqdan danışması riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan cəhdindən başqa bir şey deyil.

 

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Yerevana səfəri günü Ermənistan rəhbərliyi bu kimi təxribatçı və destruktiv addımları, o cümlədən qondarma rejimin danışıqlarda iştirak etməsi barədə əsassız iddiaları ilə Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində tamamilə maraqlı olmadığını, status-kvonun saxlanması və hərbi təcavüz yolu ilə işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü açıq şəkildə nümayiş etdirir”, deyə H.Hacıyev vurğulayıb.

 

XİN rəsmisi qeyd edib ki, Ermənistan rəhbərliyinin yürütməkdə davam etdiyi siyasət regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur: “Bir daha bəyan edirik ki, yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:14 25 İyun
03:23 25 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyi ile metbuat surasinin birge yazi musabiqesinin neticeleri aciqlanib
    Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə yazı müsabiqəs...
  • qobustan poladli avtomobil yolu yeniden qurulur
    Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur
qobustan poladli avtomobil yolu yeniden qurulur qobustan poladli avtomobil yolu yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269