İqor Popov: "Ermənistana səfərimizin əsas məqsədi yeni hakimiyyətlə tanışlıqdır"

iqor popov ermenistana seferimizin esas meqsedi yeni hakimiyyetle tanisliqdir

"Gələn həftə Ermənistana səfərimiz planlaşdırılır. Bu səfər Ermənistanın yeni hakimiyyəti ilə tanışlıq məqsədi daşıyır".

 

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

 

Rusiyalı həmsədr yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yüksək səviyyədə görüşlərin planlaşdırılıb-planlaşdırılmaması ilə barədə suala cavabında bütün bu məsələlərin həmsədrlərin Ermənistana səfəri zamanı müzakirə olunacağını söyləyib: "Yaxın günlərdə Ermənistana səfər edəcəyik. Orada bu məsələlər ətrafında ümumi danışıqlar aparacağıq. Biz həmsədrlər hələ ki, Ermənistanın yeni xarici işlər naziri ilə tanış deyilik. Səfərimizin əsas məqsədi Ermənistanın yeni hakimiyyəti ilə tanışlıqdı".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272