Lavrov Qarabağın danışıqlarda tərəf kimi iştirakının zərurliyi barədə Paşinyanın fikirlərinə münasibət bildirib

lavrov qarabagin danisiqlarda teref kimi istirakinin zerurliyi barede pasinyanin fikirlerine munasibet bildirib

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe münaqişənin Minsk qrupu vasitəsi ilə danışıqlar yolu ilə həllindən ibarətdir. Biz əminik ki, bu, ən optimal variantdır. Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Bakı və İrəvanın razılığa gəlməsinə imkan verən şəraitin yaradılması üçün ümumi maraq kəsb edən, bir-birinə zidd olmayan xətt aparırıq. Bu iş uzun illərdir, davam edir.

 

O ki qaldı Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə, danışıqların hansısa mərhələsində Dağlıq Qarabağ tərəf kimi iştirak edib, sonra tərəflərin razılığı ilə danışıqlar formatı dəyişdirilib, indiki halını alıb".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

 

"Onu da qeyd edim ki, rusiyalı həmsədr İqor Popov heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına dair razılığa gəlsə, biz bu qərara hörmətlə yanaşacağıq", - deyə Lavrov qeyd edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272