Təmas xəttində monitorinq keçirəcək ATƏT nümayəndələri Tərtər rayon İH-də olublar

temas xettinde monitorinq kecirecek atet numayendeleri terter rayon ih de olublar

Bu gün Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək ATƏT nümayəndələri Tərtər rayon İcra Hakimiyyətində olublar.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller Tərtər rayon İH başçısı Müstəqim Məmmədovla görüşüblər. 

Görüş zamanı M.Məmmədov ATƏT nümayəndələrinə bildirib ki, fevralın 6-dan bu günə kimi Ermənistan silahlı qüvvələri 456 dəfə atəşkəsi pozublar. 

Daha sonra ATƏT nümayəndələri təmas xəttinə yollanıb.


Qeyd edək ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq,  Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. 


Müdafiə Nazirliyinin yaydığı məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində şəxsi nümayəndə Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirəcək.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272