ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin Azərbycana səfəri başlayıb

abs in vitse prezidenti ricard ceyninin azerbycana seferi baslayib
Bakı-APA. ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, bu səfər ABŞ rəsmisinin Avropa ölkələrinə turnesi çərçivəsində həyata keçirilir.
Turneyə Azərbaycandan başlayan Riçard Çeyni həmçinin Gürcüstan, Ukrayna və Avropa ölkələrinə də səfər edəcək. ABŞ-ın vitse-prezidenti Azərbaycanda keçirəcəyi yüksək səviyyəli görüşlərdə əsasən Cənubi Qafqaz regionunda son vəziyyəti, enerji dəhlizlərinin təhlükəsizliyi məsələsi müzakirə olunacaq. Bu səfər regionda yaranmış situasiyada ABŞ-ın MDB məkanındakı tərəfdaşlarına dəstək nümayişi xarakteri daşıyır. Riçard Çeyninin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Hanna bildirib ki, səfərin əsas məqsədi Birləşmiş Ştatların dünyanın bu hissəsində təhlükəsizlik və sabitlikdə maraqlı olduğunu nümayiş etdirməkdir: “ABŞ administrasiyası Riçard Çeyninin bu tələsik səfərinə xüsusi əhəmiyyət verir. Sözsüz ki, Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatı və birtərəfli şəkildə Cənubi Osetiya və Abxaziyanı tanıması bu səfərin əhəmiyyətini artırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267