Akif Şahbazov: “Güman etmirəm ki, Rəsul Quliyev seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəklənməsi qərarının əleyhinə çıxacaq”

Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin növbəti iclası oktyabrın 8-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçiriləcək. Bu barədə APA-ya məlumat verən partiyanın sədri Akif Şahbazovun sözlərinə görə, iclasda oktyabrın 15-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi məsələsi müzakirəyə çıxarılacaq. A. Şahbazov İdarə Heyətinin müvafiq təklifi ilə bağlı partiyanın lideri Rəsul Quliyevlə əvvəlcədən heç bir müzakirə aparılmadığını qeyd edib: “İndi bilmirəm, Rəsul Quliyevin bu təklifdən xəbəri var, ya yox. Bu məsələdə partiya sərbəst qərar qəbul etdi”. Akif Şahbazov qərarla bağlı Rəsul Quliyevə məlumat verilməməsini onun prezidentliyə namizəd kimi seçkilərdə iştirak etməməsi və partiya ilə intensiv əlaqələrin olmaması ilə izah edib: “Demək olar ki, bizim əlaqələrimiz həmişə birtərəfli qaydada, yalnız Rəsul Quliyev tərəfindən reallaşdırılır. Bu məsələdə partiya sərbəstdir, yaxın günlərdə də Ali Məclis məsələyə rəsmi mövqeyini bildirəcək”. Rəsul Quliyevin bu təklifin əleyhinə olacağı halda ACP-nın hansı addım atacağı ilə bağlı sualı cavablandıran A. Şahbazov bildirib ki, partiya liderinin bu qərarın əleyhinə çıxacağını güman etmir: “Mən hələ Azərbaycan Demokrat Partiyasında Ali Məclisin sədri olan zaman konstruktiv müxalifətçiliklə bağlı qərar qəbul etmişdik. Rəsul Quliyev həmin qərarın əleyhinə oldu. Rəsul Quliyev indikindən fərqli olaraq o zaman partiya sədri idi, səlahiyyətindən istifadə edərək prosesə birbaşa müdaxilə etdi, həmin qərarın ləğvinə nail oldu. Nəticədə isə Rəsul Quliyev öz tərəfdarları ilə ADP-dən ayrıldı və yeni bir partiya təsis etdi. O zaman da həm ADP-yə, həm bizim partiyaya, həm də bütövlükdə müxalifət düşərgəsinə əhəmiyyətli dərəcədə zərbə dəydi. Yenə də güman etmirəm ki, Rəsul Quliyev İlham Əliyevin dəstəklənməsinin əleyhinə olacaq. Əgər o bu qərardan xəbər tutub əleyhinə gedərsə, mən hesab edirəm ki, partiya bu məsələdə israrlı mövqe nümayiş etdirəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267