Azərbaycan Milli Məclisi Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Aktın referenduma çıxarılması barədə qərar qəbul edib

azerbaycan milli meclisi konstitusiyaya elave ve deyisikliklerle bagli aktin referenduma cixarilmasi barede qerar qebul edib
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin günün ikinci yarısında keçirilən iclasında “Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə bağlı müzakirələr davam etdirilib.
APA-nın xəbərinə görə, müxalifətdən olan millət vəkili Pənah Hüseyn çıxışında deyib ki, Konstitusiyaya edilən əlavə və düzəlişlərin hamısı yalnız bir məsələyə - bir şəxsin iki dəfədən artıq prezident seçilməsinin məhdudlaşdıran maddənin aradan qaldırılmasına yönəlib. O qeyd edib ki, bu məsələ dövlətin strateji maraqlarına ziddir.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, Konstitusiyanın 101-ci maddəsinə təklif edilən əlavə və dəyişikliklərlə bağlı səslənən tənqidi fikirlərin hamısı siyasi demaqogiyadır. Daha sonra digər millət vəkilləri çıxış etmək istəsələr də, spiker Referendum Aktı layihəsinin referenduma çıxarılıb-çıxarılmamasına dair məsələni səsə qoyub. Milli Məclis üzvlərinin 100-ü lehinə, 7-si əleyhinə, 1-i bitərəf olmaqla, layihənin referenduma çıxarılmasına qərar verilib.

Qeyd edək ki, Mili Məclisin qərarına əsasən, referendum 2009-cu il martın 18-də keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267