Azərbaycan Milli Məclisin komissiya sədri Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini kəskin tənqid edib

Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova Dövlət Miqrasiya Xidmətinin (DMX) ünvanına tənqidlər səsləndirib. APA-nın xəbərinə görə, iclasda “İmmiqrasiya haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı məsələ müzakirə olunarkən çıxış edən komissiya sədri deyib ki, DMX rəisi Arzu Rəhimovdan istədiyi statistik sənədlər ona çox aşağı səviyyədə təqdim edilib. R. Aslanova bildirib ki, ona ölkədə miqrasiyanın vəziyyəti ilə bağlı təqdim olunan arayışda heç bir statistika olmayıb: “Onlar hətta urbanizasiya ilə miqrasiyanı bir-birindən ayıra bilmirlər. Mən bilmirəm, bu qurum nə işlə məşğuldur? Nəyə görə Azərbaycanda miqrasiya ilə bağlı xüsusi proqram tətbiq olunmur? Miqrantlar Azərbaycana gələndən 2 il sonra miqrant statusu alır, bəs onlar iki ildə nə işlə məşğul olurlar?”

Statistika əldə etmək üçün məcbur olub Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirən R. Aslanova nazirlikdən statistik məlumatlar əldə etdiyini deyib.

Komissiya sədri onu da bildirib ki, bu gün Azərbaycanda 54 min 192 əcnəbi qeydə alınıb. Miqrantların sayının sürətlə artdığını bildirən R. Aslanova deyib kİ, miqrantlar Azərbaycana əsasən Cənub Şərqi Asiya ölkələrindən gəlirlər. Hazırda ölkədə 6 minə yaxın çinlinin yaşadığını bildirən komissiya sədri son illər Azərbaycana gələn miqrantların gedənlərdən çox olduğunu, son 35 ildə belə halın baş vermədiyini də qeyd edib.

R. Aslanovanın tənqidləri ilə razı olduğunu bildirən spiker Oqtay Əsədov DMX-nin yeni yarandığını bildirərək “Biz onlara kömək etməliyik” söyləyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • v agdashe zaderzhany 2 brata vyrashcivayushcie v ogorode konoplyu
    В Агдаше задержаны 2 брата, выращивающие в огороде коноплю ...
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272