Azərbaycan prezident İlham Əliyevin ölkənin qərb bölgəsinə səfəri başlayıb - YENİLƏNİB

azerbaycan prezident ilham eliyevin olkenin qerb bolgesine seferi baslayib yenilenib
Ağstafa. Nəzakət Məşədiəliqızı-APA. Prezident İlham Əliyevin Azərbaycanın qərb bölgəsinə səfəri başlayıb.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu gün Qazax rayonuna gələn dövlət başçısı şəhər mərkəzində tikilmiş Heydər Əliyev muzeyinin açılış mərasimində iştirak edib. Ölkə başçısı həmçinin Qazaxda müasir standartlara uyğun şəkildə inşa olunmuş diaqnostika mərkəzinin açılış mərasimində iştirak edib.

APA-nın Qərb bürosunun məlumatına görə, Qazax rayonunda görüşünün başa çatdıran prezident İlham Əliyev Ağstafa rayonuna səfər edib. Ölkə başçısı Ağstafada “Akkord İnşaat-Sənaye” ASC-nin inşa etdiyi yeni tikiş müəssisəsinin açılış mərasimində iştirak edib. Bu fabrikin respublikada ən böyük tikiş müəssisələrindən biri olduğunu vurğulayan ölkə prezidenti yeni istehsal müəssisələrinin regionların inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını, əhalinin işlə təminatında mühüm rol oynadığını bildirib. Qeyd edək ki, istifadəyə verilən yeni tikiş müəssisəsi 3 şöbədən ibarətdir. Almaniya və Türkiyədən gətirilmiş müasir tikiş avadanlıqları ilə təchiz olunan fabrikdə idman, hərbi, uşaq və qadın geyimləri, kişi kostyumları və köynəklərin istehsalı nəzərdə tutulub. Müəssisənin aylıq istehsal gücü 80 min geyim dəsti təşkil edəcək. Yeni müəssisənin fəaliyyətə başlaması ilə ilkin mərhələdə buraya 1000 işçi cəlb olunub. Sonrakı mərhələlərdə işçilərin sayı artırılaraq 1500 nəfərə çatdırılacaq. Fabrikdə həmçinin işçilərin sayına müvafiq olaraq yataqxana və yeməkxana inşa da edilib.

Daha sonra dövlət başçısı Ağstafa rayon mərkəzində inşa edilmiş Heydər Əliyev muzeyinin açılış mərasimində iştirak edib. Bununla da prezidentin Ağstafa rayonuna səfəri başa çatıb. Hazırda Tovuz rayonunda səfərdə olan dövlət başçısı rayonda inşa edilən “Tovuz qalası” abidə-kompleksinin açılış mərasimində iştirak edəcək, rayonda Milli Olimpiya Kompleksinin tikinti işləri ilə maraqlanacaq.

Prezidentin bu gün həmçinin Gəncəyə səfəri nəzərdə tutulur. Dövlət başçısı Gəncədə Heydər Əliyev meydanında, Şah Abbas məscidində olacaq, Heydər Əliyevin abidəsini ziyarət edəcək, şəhərdə inşa edilmiş yeni diaqnostika mərkəzinin açılış mərasiminə qatılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267