Azərbaycan prezidenti İlham Əliyev: “Ermənistan prezidenti ilə danışıqlarda irəliləyiş əldə olunsa da, bu kifayət deyil”

azerbaycan prezidenti ilham eliyev ermenistan prezidenti ile danisiqlarda irelileyis elde olunsa da bu kifayet deyil
Bakı-APA. “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi tam aydındır. Münaqişə beynəlxalq hüquq normaları əsasında, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır”.
APA-nın “AzerTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “Wall Street Journal” qəzetinə müsahibəsində söyləyib. Prezident Ermənistanın beynəlxalq hüquq normalarına əməl etmədiyini bildirib və bunu münaqişənin həll olunmamasının əsas səbəbi adlandırıb: “Ermənistan prezidenti ilə danışıqlarda irəliləyiş əldə olunsa da, bu, kifayət deyil”. Dövlət başçısı Gürcüstan-Rusiya münasibətlərindəki gərginliyin Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı sualı belə cavablandırıb: “Danışıqlar prosesinə birbaşa cəlb olunmuş ölkələr, Minsk qrupunun həmsədrləri - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Gürcüstandakı münaqişədən sonra açıq şəkildə elan etdilər ki, Dağlıq Qarabağın tanınması müzakirə mövzusu deyil, həmin hadisələr bu cür presedent yaratmayacaq. Lakin geosiyasi baxımdan, əlbəttə ki, əgər sizin qonşunuz və ya qonşularınız bir-biri ilə müharibə vəziyyətindədirsə, demək, bu, sizin özünüz üçün yaxşı deyil. İndiki halda Gürcüstan və Rusiya Azərbaycanın qonşularıdır və bizim hər iki ölkə ilə yaxşı münasibətlərimiz var”. Prezident Ermənistanla aparılan danışıqlar prosesinin ölkəmizin Gürcüstandakı müharibə zamanı üzləşdiyi çətinliklərlə əlaqəsi olmadığını vurğulayıb: “Bəli, həmin vaxt bizim üçün asan olmadı, çünki bizim əsas enerji daşıyıcılarımız Gürcüstan ərazisindən nəql olunur, müharibə isə, onun üçün böyük maneə idi. Biz nefti nəql etmək üçün başqa yollar axtarmalı olduq. Əlbəttə, beynəlxalq bazarlara nə qədər çox çıxışımız olsa, bizim üçün bir o qədər yaxşıdır. Lakin hazırda Gürcüstanda vəziyyət sabitləşib, bu ölkənin ərazisindən nəqletmə ilə bağlı problem yoxdur. Bundan əlavə, qeyd etdiyim kimi, başqa marşrutlar da mövcuddur”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267