Azərbaycan prezidenti: “Xalqın bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə səs vermək hüququna malik olması demokratik prinsipdir”

azerbaycan prezidenti xalqin bir sexsin iki defeden artiq prezident secilmesine ses vermek huququna malik olmasi demokratik prinsipdir
Bakı-APA. “Uzun illərdir “Nabucco” layihəsi haqqında çox eşidirik, lakin səmimi desək, bu istiqamətdə əməli addımlar görmürük. İndi daha aydın olur ki, layihə avropalılar üçün əhəmiyyətlidir”.
APA-nın “AzərTAC” dövlət informasiya agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “Wall Street Journall” qəzetinə müsahibəsində söyləyib. Dövlət başçısı layihənin həyata keçirilməsi üçün hər hansı bir mənbədən xeyli maliyyə yardımı edilməli olduğunu deyib: “Bu, banklar, mərkəzləşmiş maliyyə paketi ola bilər. “Nabucco” konsorsiumuna daxil olan şirkətlər üçün böyük həcmdə vəsaiti toplamaq asan olmayacaq. Əsas şərt güclü maliyyə dəstəyinin təmin olunmasıdır. Bunun olmaması layihənin həyata keçirilməsinə maneə yarada bilər. Biz çox məmnunuq ki, qazımızı başqa ölkələrin bazarlarına nəql etmək üçün müasir infrastruktur qurmağa müvəffəq olmuşuq. Bu gün qazımız Gürcüstana və Türkiyəyə nəql olunur, sonra isə Türkiyə ərazisi ilə Avropa İttifaqının bazarlarına çıxarılır. Bizim bugünkü hasilat həcmimiz mövcud qaz kəmərləri ilə əhatə olunur. Bununla belə, hasilatı daha yüksək səviyyəyə qaldırmaq üçün böyük planlarımız var. Sonra isə bizə daha çox marşrutlar lazım olacaq. “Nabucco” onlardan biridir”.
Dövlət başçısı Azərbaycan qazının Rusiya vasitəsilə Avropaya çatdırılması təklifinin yaxın günlərdə irəli sürüldüyü bildirib: “Biz bu təklifi bu yaxınlarda almışıq. 2008-ci ilin ortalarına qədər bu, ümumiyyətlə müzakirə məsələsi deyildi. Biz həmin istiqaməti heç zaman qazın nəqli üçün potensial marşrut kimi nəzərdən keçirmirdik və Rusiya onunla bağlı heç vaxt maraq da ifadə etməmişdi. Həmin təklifi məhz yarım il bundan öncə almışıq və hələ qiymətləndirməliyik. Təklif özlüyündə cəlbedici görünür. Əgər biz qazımızı öz sərhədimizdə tranzit ölkə ilə heç bir problem olmadan sata bilsək, həmçinin nəql layihələrinə çətinlik olmadan və sərfəli bazar qiyməti təklif edilərsə, onda təklifə niyə də baxmayaq!? Biz təklifi rədd etməmişik, lakin eyni zamanda, onu daha təfərrüatlı şəkildə nəzərdən keçirməliyik. Əvvəlki illərdə məqsədlərimizdən biri şaxələndirmə olub və bu baxımdan, Azərbaycan özünü çox rahat hiss edir. Neft və qaz kəmərlərimiz karbohidrogen ehtiyatlarımızı müxtəlif istiqamətlərdə nəql etməyə imkan verir. Beləliklə, biz bir marşrutdan asılı deyilik. Bir sözlə, “Qazprom”dan, Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan və başqa ölkələrdən gələn təkliflər nəzərdən keçirilir və əlbəttə ki, biz ölkəmiz üçün ən yaxşı variantı seçəcəyik”. Dövlət başçısı 2009-cu ildə Azərbaycanda iqtisadi artımın 10 faiz həcmində proqnozlaşdırıldığını bildirib: “Son beş il ərzində ölkədə ümumi daxili məhsulun həcmi 2,6 dəfə artıb. Keçən il ÜDM-in artımı 11 faiz olub. Beləliklə, ümid edirik ki, bu göstərici eyni səviyyədə qalacaq”.
Prezident ümumdünya maliyyə böhranının iqtisadiyyatın bütün sahələrini əhatə etməsi ilə bağlı sualı belə cavablandırıb: “Maliyyə təsisatları, banklar baxımından xeyr. İqtisadiyyatın real sektoruna gəldikdə, böhran qismən ola bilər. İxrac məhsulları istehsal edən müəssisələr və zavodlar isə müəyyən çətinliklərlə üzləşə bilər. Lakin biz onlara yardım məqsədi ilə kifayət qədər valyuta ehtiyatlarına malikik. Son beş ildə biz özəl biznesə maliyyə yardımı göstərmək məqsədi ilə güzəştli kreditlər nəzərdə tutan bir çox proqramlar həyata keçirmişik və bu işi davam etdiririk. Mən Azərbaycan üçün hər hansı ciddi çətinliklər görmürəm”.

Dövlət başçısı Azərbaycan ərazisində xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı məsələyə də münasibət bildirib: “Bu qərar parlament tərəfindən deyil, Milli Televiziya və Radio Şurası tərəfindən verilib. Həmin qərar 2002-ci ildə qəbul olunub və xarici radiolara milli tezliklərdə yayımlamaya icazə verməyən qanun əsasında qəbul edilib. Beləliklə, bu, qadağa deyildir. “Azadlıq” radiostansiyası, BBC və “Amerikanın səsi” qısa dalğalarda öz verilişlərini yayımlaya bilər. Onlar internet, kabel və peyk vasitəsilə verilişlərinin yayımını davam etdirə bilərlər. Ola bilsin ki, bizim tərəfdən guya onlara qadağa qoyulması ilə bağlı beynəlxalq mətbuatda anlaşılmazlıq yaranıb. Lakin biz qadağa qoymamışıq, sadəcə, vəziyyəti öz qanunvericiliyimizə uyğun formaya gətirmişik. Biz Avropadakı vəziyyəti öyrənmişik. Orada da vəziyyət eynidir. Biz Azərbaycanda medianın fəaliyyətini məhdudlaşdırmırıq, sadəcə, onlar milli qanunvericiliyə və Avropadakı mövcud normalara uyğun olmalıdır”.
Martın 18-də keçiriləcək Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referenduma münasibət bildirən dövlət başçısı bu təşəbbüsün parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldüyünü vurğulayıb: “Xalqın bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə səs vermək hüququna malik olması demokratik prinsipdir. Referendum demokratik prosedurdur və xalqın iradəsinə əsaslanır. Eyni zamanda, bu, Avropa təcrübəsinə uyğundur”.
Prezident İlham Əliyev bu il yüksək iqtisadi artıma nazil olmaq üçün heç bir ciddi problem görmədiyini bildirib: “Əsas ixracımızı təbii ki, neft və qaz təşkil edir. Neftin qiymətlərinin aşağı düşməsi, əlbəttə ki, ÜDM-in artımını da azaldacaq. Çünki ixrac edilən həcm eyni qalacaq, lakin qiymət aşağı olacaq. Lakin iqtisadiyyatın digər sektorlarının çox böyük potensialı vardır. Son bir neçə il ərzində həyata keçirdiyimiz islahatlar artıq yaxşı nəticələr verir. Kənd təsərrüfatı sahəsində çox yaxşı potensialımız var. Kiçik və orta sahibkarlıqda möhkəm potensial mövcuddur. İnfrastruktur layihələri çox uğurla həyata keçirilir. Azərbaycanda qeyri-neft sektorunda ÜDM-in artımı 15,7 faiz olub. Beləliklə, bütün bunlar əsas amillər və həyata keçirdiyimiz islahatlardır. Həmin amillər bu cür artımın əsas səbəblərindən biridir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267