Azərbaycanın 2009-cu il dövlət büdcəsinə may ayında yenidən baxılacaq

azerbaycanin 2009 cu il dovlet budcesine may ayinda yeniden baxilacaq
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin yaz sessiyasının ilk iclası başlayıb. APA-nın xəbərinə görə, sessiya Milli Məclisin sədri Oqtay Əsədovun nitqi ilə açılıb.
Spiker deyib ki, yaz sessiyasında deputatları gərgin iş rejimi gözləyir. O, parlamentdə bu müddətdə hökumətin, Ombudsmanın, Hesablama Palatasının, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin hesabatlarının dinləniləcəyini bildirib: “May ayında isə 2009-cu ilin dövlət büdcəsinə yenidən baxılacaq”.

Spiker “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin təşəbbüskarının Milli Məclis olduğunu xatırladaraq, parlamenti bu sahədə də gərgin iş gözlədiyini qeyd edib. O. Əsədov Milli Məclisin Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat verməsi barədə məlumatlara da biganə qalmayacağını söyləyib: “Bununla Xarici İşlər, Müdafiə nazirlikləri məşğul olur. Milli Məclisdə Rusiya-Azərbaycan parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Təklif var ki, həmin qrupun bir neçə üzvünü Rusiyaya ezamiyyətə göndərək, orada rusiyalı həmkarları ilə görüşüb, məsələni araşdırsınlar. Ondan sonra biz bu məsələni parlamentdə müzakirə edərik”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib
    Əlil şəxslərə verilən protez-ortopedik məmulat və reabilitas...
  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
goycayin ceyirli alpoud yoluna temirine baslanilib goycayin ceyirli alpoud yoluna temirine baslanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267