Bakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti keçirilir - YENİLƏNİB

Bakı. Rəşad Süleymanov-APA. Bu gün Bakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti (YES) işə başlayıb.
APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin, YES İnc. təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, Misir prezidentinin xanımı Suzan Mübarək, Azərbaycanın dövlət və hökumət rəsmiləri iştirak edirlər. Tədbirdə açılış sözü ilə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu sammit ilk dəfə 2002-ci ildə ABŞ-ın sabiq prezidenti Bill Klinton və Misirin birinci xanımı Suzan Mübarəkin sədrliyi ilə İsgəndəriyyə şəhərində keçirilib. 2006-cı ildə Keniyanın paytaxtı Nayrobidə keçirilən üçüncü sammit zamanı, 4-cü tədbirin Bakıda keçirilməsi qərara alınıb. A. Rəhimov deyib ki, tədbirdə 70 ölkədən 600-ə yaxın nümayəndə iştirak edir.

Daha sonra Prezident Aparatının humanitar məsələlər üzrə şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd olunub ki, sammitə dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçının qatılması tədbirə marağın göstəricisidir. Daha sonra Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tədbirdə çıxış edib. Azərbaycan iqtisadiyyatında son illərdə böyük irəliləyişlər olduğunu bildirən M. Əliyeva deyib ki, Azərbaycanın təşəbbüsü ilə regionda reallaşdırılan layihələr ölkənin inkişafına böyük imkanlar yaradır. M. Əliyeva sammit çərçivəsində gənclərin məşğulluq məsələlərinin müzakirə olunacağını deyib. O, ölkədə əhalinin sosial müdafiəsi sahəsində də böyük işlər görüldüyünü, yoxsulluq səviyyəsinin aşağı düşdüyünü vurğulayıb: “Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsi dövlətin diqqəti altındadır. Bu sahədə görülən işlər nəticəsində yoxsulluğun səviyyəsi 49%-dən 2007-ci ildə 17%-ə enib”.

Misir prezidentinin xanımı S. Mübarək isə çıxışında deyib ki, YES Sammiti hədəflərə çatmaq üçün əsas platformadır. S. Mübarək qeyd edib ki, yoxsulluğun aradan qaldırılması bütün millətlərin əsas strategiyası olmalıdır, təhsillə bağlı problemlərin aradan qaldırılması üçün gənclər həvəsləndirilməli, onlara maddi yardımlar göstərilməlidir.

Konfransda çıxış edən UNESKCO-nun xoşməramlı səfiri Marianna Vardinnoyanis isə qeyd edib ki, tədbirin dünya ölkələrində gənclərin məşğulluq strategiyasının müəyyən olunmasında böyük rolu var. Azərbaycanın artıq məşğulluq sahəsində təcrübə qazandığını deyən xoşməramlı səfir bu təcrübənin digər inkişaf etməkdə olan ölkələrlə bölüşdürülməsinin vacibliyini önə çəkib.

YES İnc. Təşkilatının prezidenti Punam Ahluvalia isə tədbir çərçivəsində müxtəlif məruzələrin dinləniləcəyini qeyd edib. Onun sözlərinə görə, sentyabrın 27-dək davam edəcək müxtəlif sessiyalarda dünya miqyasında sahibkarlıq fəaliyyətinin təbliği, gənclərin məşğulluq mərkəzlərinin yaradılması, kənd yerlərində gənc nəslin gəlirliyi, insan kapitalının idarə edilməsi, məktəbdən kənar qalmış gənclərlə iş, gənclər proqramlarının təsir imkanları, habelə gələcək perspektivlər müzakirə olunacaq. Tədbir işini davam etdirir.

Qeyd edək ki, sammit sentyabrın 27-də başa çatacaq. Konfransın yekununda Nazirlərin Bəyannaməsi qəbul ediləcək. Növbəti sammitin 2010-cu ildə İsveçdə keçirilməsi nəzərdə tutulur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267