Bir sıra siyasi və ictimai təşkilat Məmməd Əmin Rəsulzadənin Bakıdakı abidəsini ziyarət edib

Bakı. Ramil Məmmədli – APA. Bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyi ilə bağlı Bakının Novxanı qəsəbəsindəki abidəsi bir sıra siyasi partiyalar tərəfindən ziyarət olunub.

APA-nın məlumatına görə, Müsavat, AXCP, Ümid, Vətəndaş və İnkişaf, Liberal partiyalarının və ictimai təşkilatların qatıldığı mərasimdə M.Ə. Rəsulzadənin həyat və fəaliyyəti barədə çıxışlar olub.

Mərasimdə çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət M. Ə. Rəsulzadəyə qarşı ölkədəki bəzi dairələr tərəfindən qısqanclıqla yanaşıldığını söyləyiblər.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) da Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib. Partiya Rəsulzadənin 125 illik yubileyi münasibətilə Azərbaycan hökumətinə müraciət də ünvanlayıb. Müraciətdə M. Ə. Rəsulzadənin 125 illik yubileyinin qeyd olunmasını vacibliyini vurğulanıb: “Rəsulzadənin nəşinin Bakıya gətirilməsi, Fəxri Xiyabanda, Azərbaycanın böyük oğulları ilə yanaşı dəfn olunması, Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının qaytarılması, paytaxtın mərkəzi yerlərinin birində Məhəmməd Əmin Rəsulzadənin abidəsinin ucaldılması və bu işlərin 28 May - Respublika Gününə qədər görülməsi yaxşı olardı”.

Bu gün Moskvada da Rəsulzadənin 125 illiyi qeyd olunacaq. Millətlər Evində (Dom Natsionalnosti) keçiriləcək tədbiri «AzərRos» Rusiya Azərbaycanlılarının Milli-Mədəni Müxtariyyəti təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dgk ile ask arasinda emekdasliq memorandumu imzalanib
    DGK ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb
  • qusarda findiq bagi yanib
    Qusarda fındıq bağı yanıb
qusarda findiq bagi yanib qusarda findiq bagi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267