Əli Əhmədov MDİ-nin Azərbaycan üzrə direktoru ilə görüşüb

Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitutunun (MDİ) ölkə üzrə direktoru Ariyen de Volff ilə bu gün görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə YAP və MDİ arasında əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər əlaqələrin daha da dərinləşdirilməsi və həyata keçirilən layihələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb, birgə treninqlərin davam etdirilməsi qərara alınıb. Azərbaycanın demokratik dünya birliyinə tam inteqrasiyası üçün göstərdiyi ciddi səyləri çox yüksək dəyərləndirildiyini qeyd edən Ariyen de Volff bu istiqamətdə YAP-ın böyük missiya daşıdığını bildirib.

Ə. Əhmədov isə MDİ ilə əməkdaşlığın partiya üçün böyük səmərə verdiyini deyib və gələcəkdə əlaqələrin hərtərəfli olacağına əminliyini ifadə edib. Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267