Əli Həsənov: “ATƏT-in prezident seçkiləri ilə bağlı yekun hesabatını normal qiymətləndirirəm”

Bakı. Kəmalə Quliyeva – APA. “ATƏT-in prezident seçkiləri ilə bağlı yekun hesabatını normal qiymətləndirirəm”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, ATƏT prezident seçkiləri ilə bağlı ilkin rəyində də bu seçkilərin Avropa standartlarına və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olduğunu bəyan etmişdi. Ə. Həsənov bəzi texniki parametrlərin, o cümlədən seçki proseslərinin idarə edilməsinin bu qurumun istək və arzularına uyğun olmadığını da söyləyib: “Biz də bunu bilirdik. Bu da seçki komissiyalarının formalaşdırılması ilə bağlı idi. Bu məsələdə parlamentdə təmsil olunan siyasi partiyalar ümumi razılığa gələ bilmədilər. Buna görə də parlamentdə təmsil olunan partiyaların nümayəndəlik normalarına uyğun olaraq, seçki komissiyaları formalaşdı. Bu addımı biz mövcud halda ən normal və düzgün addım hesab edirdik. Əsas odur ki, seçkidə kütləvi saxtakarlığa rast gəlinmədi, hər hansı vətəndaş etimadsızlığı olmadı, hər vətəndaş öz səsvermə prosedurunu həyata keçirdi. Buna müvafiq də səslər hesablandı”.

Ə. Həsənov onu da əlavə edib ki, digər müşahidəçilərin rəyləri kimi, ATƏT-in rəyindən də gələcəkdə seçki praktikasının təkmilləşdirilməsi üçün istifadə olunacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib
    Amerikalı tarixçi Frederik Starın kitabının Azərbaycan dilin...
  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
agdam musiqi kollecinin direktoru yol qezasina dusub agdam musiqi kollecinin direktoru yol qezasina dusub +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267