Milli Məclis üzvləri parlamentin Qarabağ problemi ilə bağlı müzakirələr aparmasını təklif ediblər

Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin yaz sessiyasının bugünkü iclasında millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. APA-nın xəbərinə görə, deputat İqbal Ağazadə siyasi partiyalar haqqında qanunun qəbul edilməsini, parlamentdə Qarabağ problemi ilə bağlı müzakirələr aparılmasını təklif edib. Millət vəkili Fazil Mustafa da Qarabağla, ümumdünya maliyyə böhranı ilə bağlı müzakirələrin aparılmasının vacib olduğunu qeyd edib.

O, referendumla bağlı təşəbbüs qruplarının üzvü kimi imza toplayan zaman həbs edilən bir sıra müxalifətçilərin azad olunmasını da təklif edib. Deputat Pənah Hüseyn İsveçrənin Davos şəhərində keçirilən forumda İsrail prezidenti ilə Türkiyənin baş naziri arasında yaranan mübahisə barədə danışaraq deyib ki, Azərbaycan Türkiyənin yanında olmalıdır.
Deputat iki seçicisinin referendumla bağlı ciblərinə narkotik maddə atılaraq tutulduqlarını da qeyd edib.

Millət vəkili Qüdrət Həsənquliyev isə Mərzəsi Seçki Komissiyasında boş qalan yerlərin tutulmasını, siyasi partiyalar haqqında qanun qəbul olunmasını, dünyada hökm sürən maliyyə böhranının müzakirə edilməsi təklifi ilə çıxış edib.
YAP-çı deputat Əli Əhmədov isə çıxışında deyib ki, referendumla bağlı kiminsə hədələnməsi barədə deyilənlər həqiqətə uyğun deyil: “İnsanlar referendumu dəstəkləyirlər. Başqa cinayət edib tutulanları bu işlə bağlamaq düzgün deyil”.

Millət vəkili Siyavuş Novruzov da deyib ki, müxalifətdən olan təşəbbüs qruplarının üzvlərinin təzyiqlərlə üzləşmələri barədə verilən informasiyalar düzgün deyil: “Kiminsə başına narkomanlar toplaşıbsa, bu onun öz problemidir”.
Deputat İkram İsrafil isə Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125-ci ildönümünün Milli Məclis tərəfindən qeyd olunmadığını bildirib. O, deyib ki, Milli Məclis üzvləri heç olmasa Rəsulzadənin xatirəsinin 1 dəqiqəlik sükutla yad etsinlər. Lakin deputatın təklifi dəstəklənməyib.
Deputat Aydın Həsənov isə mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə barədə yazılanlara münasibət bildirərək deyib ki, bu təzyiqlərə son qoyulmalıdır: “”Şeyxin bütün Qafqazda nüfuzu var, o, böyük din xadimdir. Niyə mətbuat onun ünvanına böhtanlar yazır?”.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov isə bunları deyib: “Heç mən görməmişəm ki, ermənilər öz katolikoslarına qarşı bu cür münasibət göstərsinlər. Bu bizim özümüzdən asılıdır”.

Millət vəkili Qənirə Paşayeva çıxışında şəhid övladlarının 18 yaşına çatan kimi onlar üçün nəzərdə tutulan imtiyazlardan məhrum olduqlarını qeyd edərək təklif edib ki, bununla bağlı qanunvericiliyə düzəliş olunmalıdır. Deputat onların imtiyazlarının ömürlük olmasını təklif edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267