MSK “Respublikaçılar” Təşəbbüs Qrupunun müraciətini əsassız hesab edib

Bakı. Ramil Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referenduma bağlı komissiyaya daxil olan müraciətlərə baxılıb. MSK üzvü Rövşən İsmayılov məlumat verib ki, imzatoplama kampaniyası ilə əlaqədar “Respublikaçılar” Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən MSK-ya göndərilən müraciətdə bölgələrdə yerli dövlət qurumları tərəfindən qrup nümayəndələrinin fəaliyyətinə maneçilik törədildiyi qeyd olunub. R. İsmayılovun sözlərinə görə, qrupun müraciəti araşdırılıb, lakin əsassız olduğu aydınlaşıb. R. İsmayılov MSK-dan müraciətin təmin olunmamasını da xahiş edib. Bundan sonra məsələ səsə qoyulub və “Respublikaçılar” Təşəbbüs Qrupunun müraciəti əsassız hesab edilərək təmin olunmayıb.

MSK sədri M. Pənahov bu qrupdan daha bir müraciətin də daxil olduğunu söyləyib. Həmin müraciətin mətni ilə komissiya üzvlərini tanış edən MSK katibi Natiq Məmmədov müraciətdə faktlara söykənən şikayətlərin olmadığını söyləyib və məsələnin səsə qoyulmasının məqsədəuyğun olmadığını qeyd edib. M. Pənahov bu günə qədər 14 təşəbbüs qrupunun qeydiyyata alınması üçün MSK-ya müraciət etdiyini deyib. Onların hamısına imza vərəqələri verilib, lakin bu qruplardan yalnız 9-u bu günə qədər lazımi sənədləri komissiyaya təqdim edə bilib. M. Pənahov bildirib ki, təşəbbüs qruplarının 4-nün sənədlərinə baxılıb, onlardan 3-ü qeydə alınıb. Digərlərinin sənədləri isə yaxın 10 gündə araşdırılacaq: “Yekun vaxt fevralın 1-də bitir. Dairə Seçki Komissiyaları üzrə isə 124 təşəbbüs qrupu müşahidə məqsədilə müraciət edib, onlardan 113-ü qeydə alınıb”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272