Pakistan Azərbaycana birbaşa aviareysin açılmasında maraqlıdır

pakistan azerbaycana birbasa aviareysin acilmasinda maraqlidir

İqtisadiyyat naziri Şahin Mustafayev Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Səid Xan Mohmand ilə görüşüb.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev dost Pakistanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən, Pakistan səfirliyinin Bakıda açılan ilk səfirliklərdən olduğunu qeyd edib. Vurğulanıb ki, 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Azərbaycan hökuməti ilə Pakistan İslam Respublikası hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyası və Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupu fəaliyyət göstərir, 2017-ci ildə İşçi Qrupunun ilk iclası keçirilib.

 

Müdafiə, humanitar sahələrdə də əməkdaşlığımız genişdir və Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir sıra layihələr həyata keçirilib. Ş.Mustafayev Azərbaycanda bir sıra Pakistan şirkətlərinin fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə işgüzar dairələrin iştirakı ilə müxtəlif tədbirlərin, biznes forumların keçirildiyini qeyd edib, iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialı, əməkdaşlığın genişləndirilməsi perspektivlərini, xüsusilə Azərbaycanın tranzit imkanlarından istifadə imkanlarını diqqətə çatdırıb.  

 

Səfir Səid Xan Mohmand Azərbaycanın Pakistan üçün önəmli ölkə olduğunu, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. Qeyd edib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir. Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırım kimi tanıyıb.

 

Səfir Səid Xan Mohmand ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının prioritet olduğunu bildirib, pakistanlı iş adamlarının Azərbaycanda yaradılmış sənaye zonalarında fəaliyyət göstərməkdə, nəqliyyat, enerji, sənaye, əczaçılıq, tikinti, qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Pakistandan Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd edən səfir Azərbaycanın viza rejiminin sadələşdirilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirib. Səfir Bakı və İslamabad arasında birbaşa nəqliyyat əlaqəsinin qurulmasının Pakistan üçün önəmli olduğunu və bir Pakistan şirkətinin birbaşa hava reysinin açılmasına maraq göstərdiyini də diqqətə çatdırıb. Bundan başqa, Pakistan şirkətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yaradılan azad ticarət zonasında əməkdaşlığa da maraq göstərirlər.

 

Səfir iqtisadiyyat nazirini iyul ayında Bakıda keçiriləcək Azərbaycan-Pakistan biznes imkanlarına dair konfransa və avqust ayında təşkil olunacaq Pakistan sərgisinə dəvət edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:14 25 İyun
03:23 25 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyi ile metbuat surasinin birge yazi musabiqesinin neticeleri aciqlanib
    Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə yazı müsabiqəs...
  • qobustan poladli avtomobil yolu yeniden qurulur
    Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur
qobustan poladli avtomobil yolu yeniden qurulur qobustan poladli avtomobil yolu yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269