Dövlət başçısı: “Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur”

dovlet bascisi azerbaycanda butun dinlerin tarixi dini abideleri qorunur

"Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək, dayaq olur. Bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə bərpa edilibdir".

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində deyib.

 

“İndi Təzəpir məscidinin ətrafı təmizlənir. Onun ətrafı böyük bir ictimai zonaya çevriləcək, orada böyük park salınır. Bibiheybət məscidi bizim qədim tarixi məscidimizdir. “İmamzadə” tarixi-dini kompleksi, Şamaxı Cümə məscidi, Əjdərbəy məscidi dövlət tərəfindən əsaslı şəkildə təmir edilib. Ölkəmizin ən böyük məscidi olan Heydər məscidi dövlət hesabına tikilib ki, bu, memarlığına görə bir əsərdir. Eyni zamanda, keçən il Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Uzun fasilədən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində azan səsi eşidilir. Şamaxı məscidi ilə eyni vaxtda inşa edilmiş, ən qədim məscidlərimizdən biri olan Şamaxı rayonunun Dəmirçi kəndindəki məscid keçən il əsaslı şəkildə təmir edilmişdir. Bu il Hacı Cavad məscidinin yeni binası tikildi və şeyx həzrətləri qeyd etdiyi kimi, prezident seçkilərindən sonra mənim getdiyim birinci yer məhz Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur və bu, təsadüfi deyil. Çünki mən oraya seçkilərdən əvvəl də, seçkilərdən bir ay sonra da gedə bilərdim. Məhz seçkilərdən sonra birinci tədbir - yenidən tikilmiş Hacı Cavab məscidinin açılışı hesab edirəm ki, böyük məna daşıyır. Hesab edirəm ki, dindarlar və bütün Azərbaycan vətəndaşları bunu çox gözəl başa düşürlər.  Eyni zamanda, XIX əsrdə inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş İmam Hüseyn məscidi də açılışa hazırdır”, deyə dövlət başçısı qeyd edib.

 

Prezident İlham Əliyev deyib ki,  bu istiqamətdə həm dövlət, həm də ictimai qurumlar öz töhfəsini verirlər: “Bu, bizim borcumuzdur. Bizim tarixi abidələrimiz, dini abidələrimiz milli sərvətimizdir. Bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir, bizim sərvətimizdir. Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini siyasət çox düşünülmüş şəkildə aparılır və Azərbaycan xalqının maraqlarına cavab verir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:14 25 İyun
03:23 25 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyi ile metbuat surasinin birge yazi musabiqesinin neticeleri aciqlanib
    Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə yazı müsabiqəs...
  • qobustan poladli avtomobil yolu yeniden qurulur
    Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur
qobustan poladli avtomobil yolu yeniden qurulur qobustan poladli avtomobil yolu yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269