Prezident İlham Əliyev Miqrasiya idarəetmə sisteminin inkişafına dair fərman imzalayıb

Bakı - APA. Prezident İlham Əliyev Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” qanununun tətbiq edilməsi haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nazirlər Kabinetinə tapşırılıb ki, Miqrasiya Məcəlləsi layihəsinin hazırlanmasını sürətləndirsin və prezidentə təqdim etsin.
Dövlət Miqrasiya Xidmətinə isə miqrasiya proseslərinin təhlilini, proqnozlaşdırılmasını və monitorinqini aparmaq və hər altı aydan bir müvafiq hesabatları və statistik məlumatları prezidentə təqdim etmək, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılmasını yekunlaşdırmaq, yeni texnologiyalar tətbiq edilməklə vahid uçotun aparılmasını təmin etmək, əhalini məlumatlandırmaq məqsədilə KİV-də miqrasiya qanunvericiliyinin təşviqini, xüsusi nəşrlərin buraxılmasını, maarifləndirmə tədbirlərini təşkil etmək, miqrasiyanın idarə edilməsi sahəsində kadrların müasir tələblərə cavab verən peşə hazırlığının təmin edilməsi üçün zəruri tədbirlər görmək və ali təhsil müəssisələrində bu sahədə ixtisaslaşan mütəxəssislərin hazırlanmasına dair təkliflərini prezidentə təqdim etmək, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini, xarici ölkələrin təcrübəsinin öyrənilməsini və fəaliyyətinin təkmilləşdirilməsini davam etdirmək, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə immiqrant statusu verilməsi və vətəndaşlıq məsələlərinin həlli ilə bağlı səlahiyyətlərinin icrası zamanı miqrasiya sahəsində yeni qanunvericiliyin tələblərinə ciddi riayət etmək tapşırılıb.
Daxili İşlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətləri isə öz səlahiyyətləri daxilində miqrasiya ilə bağlı qarşılıqlı məlumat mübadiləsi sahəsində fəaliyyətlərini təkmilləşdirməli və işləri əlaqəli şəkildə qurmalı, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində qanuni əsaslarla qalmalarına və qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə təmin edilməsinə nəzarəti gücləndirməli, miqrasiya qanunvericiliyinin tətbiqində sui-istifadə və digər qanun pozuntuları hallarının təxirəsalınmadan araşdırılması və belə hallara yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi üçün ciddi tədbirlər görməlidir.
Fərmanla Nazirlər Kabinetinə tapşırılır ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması barədə təkliflərini prezidentə təqdim etsin.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267