Prezidentin səlahiyyət müddəti ilə bağlı təklifin araşdırılması üçün İşçi Qrupu yaradılıb

Bakı. Elbrus Seyfullayev - APA. Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin ləğvi ilə bağlı təkliflərin araşdırılması üçün İşçi Qrupu yaradılıb. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları məsələləri daimi komissiyalarının birgə iclasında Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib. İşçi Qrupa MM Aparatının Səfa Mirzəyev, MM-in şöbə müdiri Lətif Hüseynov, Əli Hüseynov və digərləri daxildir. Ə. Hüseynovun sözlərinə görə, “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı” əsasən insan hüquqlarının təminatının gücləndirilməsi, genişləndirilməsi, dövlət rəmzlərinə hörmətin gücləndirilməsi, parlamentin səlahiyyətlərinin artırılması və digər məsələləri əhatə edir. İlkin layihədə ümumilikdə Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər əksini tapıb.

Ə. Hüseynov bildirib ki, YAP-ın bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması təklifi də müzakirəyə çıxarılacaq. Komissiya sədri qeyd edib ki, dekabrın 17-də spiker Oqtay Əsədov müharibə şəraitində hərbi əməliyyatların aparılması prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə, prezidentin səlahiyyət müddətinin hərbi əməliyyatların sonadək uzadılması təklifini irəli sürüb. Ə. Hüseynov müzakirələrin sonunda ümumi qərar qəbul olunacağını qeyd edib.

İnsan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova əlavə və dəyişikliklərin çox mütərəqqi olduğunu bildirib: “Bu, Konstitusiya islahatı kimi qəbul edilməlidir”.

YAP-ın icra katibi, deputat Əli Əhmədov isə deyib ki, onların təklifi demokratiyanın qorunmasına, seçicilərin hüquqlarının müdafiəsinə xidmət edir: “Bizim fikirlərin antidemokratiya nümunəsi kimi təqdim olunması siyasi demaqogiyadır”.

Millət vəkili Qüdrət Həsənquliyev də Konstitusiya islahatlarının tərəfdarı olduğunu bildirib: “Ancaq bu məsələ belə tələsik müzakirə olunmamalıdır. Bununla bağlı siyasi partiyalarla məsləhətləşmələr aparılmalı idi”.

Deputat layihəyə hakimiyyəti parlament seçkilərində qalib gələn partiyanın formalaşdırması, o cümlədən parlament seçkilərində az səs almış partiyalara da hakimiyyəti formalaşdırmaqda iştirak etmək imkanı verən maddə əlavə olunmasını təklif edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272