Səfa Mirzəyev: “Əgər şəxs ləyaqətlidirsə, xalqın istədiyi qədər seçiləcək”

Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları komissiyalarının iclasında “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı” ilə bağlı aparılan müzakirələrin birinci hissəsi başa çatıb. APA-nın xəbərinə görə, layihəni hazırlayan İşçi Qrupunun üzvləri iclasda səsləndirilən təklifləri müzakirə etmək üçün fasiləyə çıxıblar. İclasda çıxış edən millət vəkilləri Azay Quliyev, Madər Musayev, Rövşən Rzayev, Siyavuş Novruzov, Nizami İsgəndərov, Yevda Abramov referendum aktı layihəsində qeyd edilən təklifləri müdafiə ediblər. Y. Abramov və deputat Pənah Hüseyn layihəyə proporsional seçki sisteminin bərpa edilməsi barədə maddə əlavə olunmasını da təklif ediblər.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iclasda səsləndirilən təkliflərə münasibət bildirib. Müzakirələr zamanı Konstitusiyaya “Azərbaycan sosial dövlətdir” maddəsinin əlavə olunması ilə bağlı səslənən təklifə münasibət bildirən S. Mirzəyev deyib ki, bu istiqamətdə işlər görülür və nə zamansa bu baş verəcək.

Aparat rəhbəri, həmçinin, layihədə prezidentin səlahiyyət müddətinin artırılması ilə bağlı müddəa barədə də danışıb. O qeyd edib ki, prezident və parlament seçkilərinin müddətinin uzadılması yalnız irimiqyaslı hərbi əməliyyatların keçirildiyi dövrə şamil olunur: “Bir şəxsin iki dəfədən artıq seçilməsini məhdudlaşdıran maddənin aradan qaldırılmasına gəlincə, buna başqa don geyindirmək lazım deyil. Bizim məqsədimiz istədiyimiz şəxsi hakimiyyətdə saxlamaq üçün müxtəlif variantlara əl atmaq deyil. Biz siyasi oyunbazlıq etmək istəmirik. Əgər şəxs ləyaqətlidirsə, xalqın istədiyi qədər seçiləcək. Buna isə başqa don geyindirmək lazım deyil”.

İşçi Qrupdan APA-ya verilən məlumata görə, günün ikinci yarısında referendum aktı layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə olunacaq.

Parlamentin sabah keçiriləcək iclasında isə layihənin müzakirəyə çıxarılması gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267