Səməd Seyidov: “Belə davam edərsə, Azərbaycan Avropa Şurasına qarşı münasibətini dəyişəcək”

semed seyidov bele davam ederse azerbaycan avropa surasina qarsi munasibetini deyisecek
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasının yekunlarına dair çıxış edib.
APA-nın məlumatına görə, S. Seyidov deyib ki, Azərbaycan AŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Yalnız “Alternativ xidmət haqqında” qanunun qəbul edilmədiyini xatırladan deputat bunun mövcud reallıqdan irəli gəldiyini, Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu qeyd edib.

S. Seyidov Azərbaycanın da AŞ-dan eyni münasibəti gözlədiyini bildirib: “Lakin Azərbaycan Avropa Şurasından heç bir məntiqə sığmayan münasibət görür. Azərbaycanda 2008-ci ildə keçirilən prezident seçkiləri demokratik olub. Beynəlxalq təşkilatlar da müsbət rəylərini bildirib. Bəs nəyə görə prezident seçkisi siyasi məhbus yaradan, mətbuata təzyiq göstərilən, insan ölümü ilə nəticələnən Ermənistan Azərbaycanla eyni tutulur? Bu dözülməzdir, Avropa Şurasının Azərbaycana qarşı ikili standartıdır. Heç olmasa bu ölkəni tənqid etsinlər, orda olan problemləri desinlər. Bunun əvəzində isə “bəh-bəh”lə mövqe bildirirlər. Bu azmış kimi, Azərbaycanda problemlər axtarılır. Azərbaycanda gedən prosesləri görməyərək, Azərbaycanda insan haqlarının pozulması və siyasi məhbusların mövcudluğu ilə bağlı məruzəçi təyin etmək cəhdləri üzə çıxır. Mən bununla bağlı prezidentin və Milli Məclisin mövqeyini çatdırmışam. Əgər bu münasibət davam edərsə, Azərbaycan Avropa Şurasına qarşı münasibətini dəyişdirməlidir və dəyişəcək”.

S. Seyidov qeyd edib ki, AŞ-da gedən proseslər Azərbaycana qarşı təzyiq məqsədi daşıyır: “Onlar istəyirlər ki, Azərbaycanı öz yolundan döndərsinlər. Azərbaycanın Ermənistanla bir cərgədə tutulması yolverilməzdir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267