YAP Gənclər Birliyi 2 Fevral – Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirib

Bakı. Elnur Məmmədli-APA. 2 Fevral - Gənclər Günü ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi bu gün dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə partiyanın gənclər birliyinin üzvləri iştirak ediblər. YAP Gənclər Birliyinin sədri Ramil Həsənov tədbirdə çıxış edərək ötən il birliyin ictimai-siyasi proseslərdə yüksək fəallıq göstərdiyini bildirib. Onun sözlərinə görə, YAP İdarə Heyətinin açıqladığı məlumata görə, ötən il partiyaya yeni üzv olan şəxslərin 52.3 faizini gənclər təşkil edir: “Bu, YAP Gənclər Birliyinin uğurudur. Heydər Əliyevin hakimiyyəti dövründə də, İlham Əliyevin hakimiyyəti dövründə də gənclər siyasətinə xüsusi diqqət yetirilib”. Onun sözlərinə görə, İ. Əliyevin hakimiyyəti dövründə yeni açılan iş yerlərinin də əksəriyyətində gənclərin işlə təmin olunması ölkə rəhbərliyinin gənclərə diqqətinin göstəricisidir. Tədbirdə iştirak edən gənclər Azərbaycan gənclərinin hazırkı durumu, onların qayğıları ilə bağlı öz fikirlərini bildiriblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dgk ile ask arasinda emekdasliq memorandumu imzalanib
    DGK ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb
  • qusarda findiq bagi yanib
    Qusarda fındıq bağı yanıb
qusarda findiq bagi yanib qusarda findiq bagi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267