YAP üzvlərinin sayı 470605 nəfərə çatıb

Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda YAP-ın 2008-ci ildə fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. İclasda bildirilib ki, partiya ölkənin ictimai-siyasi həyatında, o cümlədən İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar və quruculuq proseslərində yaxından iştirak edib, ötən ilin ən mühüm siyasi hadisəsi olan prezident seçkilərinin yüksək fəallıq şəraitində təşkil olunmuş təşviqat kampaniyasını uğurla başa çatdırıb. İlham Əliyevin partiyanın IV Qurultayda söylədiyi nitqində irəli sürülən tezislərin və qarşıya qoyulan vəzifələrin partiyanın gələcək fəaliyyətinin müəyyənləşdirilməsində həlledici istiqamət olduğu bir daha nəzərə çatdırılıb.

İclasda İdarə Heyətinin 2008-ci ildə fəaliyyəti ilə bağlı hesabat, partiyanın ümumi tərkibi, o cümlədən Gənclər Birliyinin və Qadınlar Şurasının 1 yanvar 2009-cu ilə olan statistik hesabatı və 2008-ci il üçün maliyyə hesabatı dinlənilib və təsdiq olunub. Statistik məlumata görə, 2008-ci ildə partiyaya 35 min 752 yeni üzv qəbul olunub və YAP üzvlərinin ümumi sayı 470 min 605 nəfərə çatıb. Partiya sıralarında gənclərin xüsusi çəkisi getdikcə daha da artıb və əvvəlki illərə nisbətən 2008-ci ildə YAP-a üzv qəbul olunanların 52,2 faizini gənc nəslin nümayəndələri təşkil edib. Bütövlükdə, partiya üzvlərinin 39.4 faizini, yəni 185 min 710 nəfərini gənclər, 43.6 faizini, yəni 205 min 114 nəfərini isə qadınlar təşkil edir.

Təsdiq olunmuş maliyyə hesabatında qeyd olunub ki, YAP-ın 2008-ci ildə mədaxili yığılan üzvlük haqları hesabına 2 milyon 346 min manat təşkil edib. Bu vəsaitin 954 min manatı İcra Katibliyində və rayon (şəhər) təşkilatlarının aparatlarında çalışan əməkdaşların əmək haqlarının ödənilməsinə sərf olunub, 485 min manatı partiyanın IV qurultayının, Heydər Əliyevin 85 illiyi münasibətilə 2008-ci ilin may ayında keçirilən “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” beynəlxalq konfransın və digər partiya tədbirlərinin təşkilinə, 63 min manatı çap işlərinə, 202 min manatı təsərrüfat xərclərinə, 65 min manatı icarə haqqına, 116 min manatı bank xidməti, kommunal və rabitə xərclərinə, yerdə qalan vəsait cari təmir işlərinə və digər məqsədlərə sərf olunub. 2008-ci ildə partiya tərəfindən ödənilən gəlir vergisi və Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülmüş vəsait 260 min manat təşkil edib.

İclasda həmçinin, İdarə Heyətinin 2009-cu il üçün iş planı, 18 mart 2009-cu ildə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma və 2009-cu ilin bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar tədbirlər planı təsdiq olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dgk ile ask arasinda emekdasliq memorandumu imzalanib
    DGK ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb
  • qusarda findiq bagi yanib
    Qusarda fındıq bağı yanıb
qusarda findiq bagi yanib qusarda findiq bagi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267