Konqo Demokratik Respublikasında yenidən vətəndaş müharibəsi başlayıb

Konqo – APA. Konqo Demokratik Respublikasının şərqində yenidən müharibə başlayıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hökumət qüvvələri və BMT sülhməramlılarına qarşı hərbi əməliyyatlara başlayan qiyamçılar Şimali Kivu əyalətinin inzibati mərkəzi olan Qomu şəhərinə hücuma keçiblər. Sülhməramlılar qiyamçılara müqavimət göstərmir, minlərlə insan evlərini tərk edir. Qiyamçılara ordunun keçmiş generalı Loran Nkunda başçılıq edir. Yanvar ayında imzalanan atəşkəs sazişini pozan general hakimiyyəti öz həmyerliləri olan tutsiləri Ruanda ordusunun keçmiş əsgərləri olan xutulardan qoruya bilməməkdə suçlayır. L. Nkunda şərq vilayətləri ilə kifayətlənməyərək bütün ölkəni ələ keçirmək iddiasındadır.

Qeyd edək ki, mərkəzi Afrika xalqları olan tutsilərlə xutuların düşmənçiliyi indiyə qədər Uqanda, Ruanda, Burundi və Konqo Demokratik Respublikasında müharibələrə səbəb olub. Qızıl, almaz, kobalt və digər yeraltı sərvətlərə malik olan KDR (keçmiş Zair) Afrikanın ikinci böyük ölkəsidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
  • bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir
    Bakıda bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zə...
bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267