Somalidə yeni prezident seçilib

Somali – APA. Somali parlamenti ötən gün keçirdiyi gizli səsvermə nəticəsində ölkənin prezidenti vəzifəsinə şeyx Şərif Əhmedi (Sharif Ahmed) seçib. APA-nın BBC-yə istinadən verdjiyi məlumata görə, islamçı Somali Azadlığı uğrunda Alyansın ən mülayim qolu sayılan İslam Məhkəmələri İttifaqının başçısı olan Ş.Əhməd səsvermənin II turunda əsas rəqibi sabiq baş nazir Nur Həsən Hüseyn namizədliyini geri götürəndən sonra səs çoxluğu qazanıb. Ümumilikdə, seçkilərdə 15 namizəd iştirak edib.

Seçkilərin keçirilməsi qərarı 2004-cü ildən ölkəyə başçılıq edən Abdulla Yusuf Əhmed ötən ilin dekabr ayında postunu tərk etdikdən sonra qəbul olunub. Prezidentin könüllü şəkildə vəzifəsini tərk etməsi isə Hüseynin baş nazir postundan istefa verməsində sonra baş verib. Hökumət başçısı vəzifəsinə isə Mühəmməd Quləd təyin olunsa da, o, parlamentə qarşı getməmək üçün kabineti formalaşdırmaqdan imtina edib.
Qeyd edək ki, Somali ərazisində vəziyyət qeyri-sabit olduğuna görə, prezident seçkiləri Cibutidə keçirilib. Artıq bu gün yeni prezidentin andiçmə mərasiminin keçiriləcəyi gözlənilir. Bu, yeni dövlət başçısının bu yaxınlarda Afrika İttifaqının Ədis-Abebada keçiriləcək sammitində iştirak etməsi zərurəti ilə bağlıdır.
Xatırladaq ki, Somalidə vətəndaş müharibəsi 1991-ci ildən davam edir və hazırda ölkənin bir hissəsi rəsmi hökumətə tabe olmayan islamçıların nəzarəti altındadır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dgk ile ask arasinda emekdasliq memorandumu imzalanib
    DGK ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb
  • qusarda findiq bagi yanib
    Qusarda fındıq bağı yanıb
qusarda findiq bagi yanib qusarda findiq bagi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267