ABŞ Konqresi 1932-1933-cü illərdə Ukraynada baş vermiş aclığı soyqırım kimi tanıyıb

abs konqresi 1932 1933 cu illerde ukraynada bas vermis acligi soyqirim kimi taniyib
Vaşinqton – APA. ABŞ Konqresi 1932-1933-cü illərdə Ukraynada baş vermiş dəhşətli aclığı (“qolodomor”) Ukrayna xalqına qarşı soyqırım kimi tanıyıb.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasında qəbul olunan qətnamədə bildirilir ki, “qolodomor”un öyrənilməsi üzrə ABŞ-da 1985-ci ildə yaradılmış komissiya Ukraynadakı aclığın süni şəkildə - qəsdən törədildiyi qənaətinə gəlib: ”Sovet diktatoru Stalin süni yaradılmış aclıqdan kimsənin xilas olmaması və ac insanlara beynəlxalq yardımların qarşısını almaq üçün Ukraynanın sərhədlərini bağlamağı əmr edib”. Konqres Sovet hökumətinin bu cinayətinin pisləyib və faciə barədə həqiqətlərin dünyada yayılmasını istəyib.

Qeyd edək ki, Ukrayna “qolodomor”un tanınması məsələsini BMT Baş Assambleyasının gündəminə daxil etməyə nail olub. Hazırlanan qətnamədə totalitar rejimim yaratdığı aclıq nəticəsində ölən milyonlarla ukraynalının, həmçinin rus, qazax və digər millətlərin nümayəndələrinin xatirəsinin yad etmək təklif olunur. Rusiya qətnamənin əleyhinə olduğunu bəyan edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267