Amerikanın Yəhudi Komitəsinin departament rəhbəri: “Türkiyənin baş nazirinin davranışı bizi şoka saldı”- EKSKLÜZİV

amerikanin yehudi komitesinin departament rehberi turkiyenin bas nazirinin davranisi bizi soka saldi ekskluziv
Zaur Həsənov. Vaşinqton-APA. Türkiyənin baş nazirinin davranışı bizi şoka saldı. Həm də mənfi bir mesaj yollamış oldu. Bu davranış məni və bizim təşkilatı narahat edir.
Eyni zamanda Davosda müşahidə etdiyimiz səhnə Türkiyə-İsrail münasibətlərinin məntiqi trayektoriyası barədə, İsrailə qarşı səsləndirilən birtərəfli, qızğın bəyanatın Türkiyə cəmiyyətində və ümumiyyətlə, dünyada necə qəbul olunacağı barədə suallar yaradır”. Bunu APA-nın ABŞ bürosuna müsahibəsində Amerika Yəhudi Komitəsinin hökumət və beynəlxalq əlaqələr üzrə direktoru Ceyson İssakson deyib. Onun sözlərinə görə, istənilən hökumət İsrailin siyasəti ilə razı olmaya bilər ki, bir çoxları da bunu edir: “ Hətta bəzi yəhudilər hökumətin siyasəti ilə razılaşmırlar. Burada yeni bir məqam yoxdur. Lakin İsrailin özünü müdafiə etməməsini demək böyük səhvdir. Bəzi insanlar deyə bilərlər ki, rəsmi Tel- Əviv lazım olandan daha çox qüvvə istifadə edib, digərləri deyə bilərlər ki, İsrail kobud hərəkət edib, başqa insanlar da əlavə edə bilərlər ki, ölkəmiz səhv edib. Lakin İsrail özünü müdafiə edirdi. Bu məqamı unutmaq həmin ərazidə baş verənlərin tam mənzərəsini əhatə etməməkdir. Yəhudilər, onların yaşadığı məntəqələr illər boyu terrorizmdən əziyyət çəkib, raket və minaatanlardan atəşə tutulublar. Bir daha deyim ki, bəzilər İsrailin Qəzzadakı addımlarından narazı ola bilər. Türkiyə hökuməti də bunu etməkdə azaddır. Lakin qardaş demokratik ölkəyə qarşı səsləndirilən ifadələrin kəskinliyi, birtərəfli olması qəbul olunmazdır. Amma Davosda biz məhz bunu gördük”.

Amerika Yəhudi Komitəsinin rəhbəri deyib ki, Ərdoğanla Şimon Peres arasında baş verən qalmaqal yəhudi və türk diasporları arasındakı əməkdaşlığa təsir etməyəcək: “Türk əsilli amerikalılar və Amerika yəhudiləri ümumi dəyərləri bölüşürlər. Bizim həmişə ABŞ-da türklərlə isti münasibətlərimiz olub. Bu gərginliyin Türkiyənin respublika olaraq ABŞ-da hansı formada tanınmasına, dünyada bir vacib ölkə kimi necə görünməsinə, ABŞ-ın ənənəvi dostu və NATO üzvü kimi necə qəbul olunacağına, İsrailin uzun müddətli əməkdaşlıq etdiyi ölkə kimi gələcək davranışlarına təsiri olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267