Barak Obama ikinci teledebatdan da qalib ayrılıb

Vaşinqton – APA. ABŞ-da prezidentliyə namizədlər Barak ObamaCon Makkeyn arasında ikinci teledebat keçirilib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Tennessi ştatının Neşvill şəhərində keçirilən teledebat zamanı namizədlər seçicilərin suallarını cavablandırıblar. Saat yarım davam edən diskussiyanın gedişində 6 milyondan çox insan elektron poçt vasitəsilə sual göndərib.

Rusiya mövzusuna toxunan respublikaçı C. Makkeyn Moskvanın Gürcüstana münasibətdə özünü aqressiv apardığını və hazırda Vladimir Putinin nəzərlərinin Ukraynaya yönəldiyini söyləyib. Demokrat B. Obama da hazırkı Rusiyanın ABŞ-ın növbəti prezidentinin qarşısındakı problemlərdən biri olacağını deyib. O bildirib ki, İranın nüvə silahı əldə etməsinə də imkan vermək olmaz. Namizədin fikrincə, hərbi həll yolu həmişə ABŞ-ın əlinin altındadır, amma bundan əvvəl iqtisadi və ticarət sanksiyaları da daxil olmaqla, digər vasitələrdən istifadə edilməlidir. C. Makkeyn isə İsraili müdafiə etməyin vacibliyinə diqqət çəkib: “Biz ikinci Holokosta yol verə bilmərik”.

İraqla bağlı sualı cavablandıran B. Obama bu ölkəyə hərbi müdaxilə etmək barədə qərarın yanlış olduğunu, “Əl-Qaidə” lideri Üsamə bin Ladenin də indiyə qədər yaxalanmadığını vurğulayıb. C. Makkeyn isə rəqibini Ali Baş Komandana xas təfəkkür və bilgiyə malik olmamaqda qınayıb.
Maliyyə böhranı haqda danışan hər iki siyasətçi maliyyə naziri postuna əsas namizəd ikimi milyarder Uorren Baffetin adını çəkib.
Teledebatdan sonra CNN telekanalının sifarişi ilə sosioloji sorğu keçirilib. Respondentlərin 54%-i Barak Obamanın, 30%-i isə Con Makkeynin qalib gəldiyini bəyan edib. Xatırladaq ki, ilk teledebatda da demokratların namizədi rəqibini üstələmişdi. Son teledebat oktyabrın 15-də keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267