Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyəyə səfər etməməyi məsləhət görüb

dovlet departamenti abs vetendaslarina turkiyeye sefer etmemeyi meslehet gorub

ABŞ Dövlət Departamenti növbəti dəfə  öz vətəndaşlarına Türkiyəyə səfər etməməyi tövsiyə edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

 

Qeyd edək ki, ABŞ vətəndaşlarına xəbərdarlıq bundan əvvəl də, yanvarın 10-da edilmişdi. Lakin budəfəki xəbərdarlıqda yeni səbəblər yer alıb: “Terror və qanunsuz saxlanılmalar təhlükəsi olduğundan Türkiyəyə səfər etməməyi tövsiyə edirik”.

 

Dövlət Departamenti ABŞ vətəndaşlarına, xüsusən, Türkiyə-Suriya sərhədinə və ölkənin 15 cənub-şərq əyalətlərinə səfər etməməyi məsləhət görüb.

 

Tövsiyəyə baxmayaraq Türkiyəyə səfər edənlərə əcnəbilərin daha çox olduğu yerlərdən, aksiyalar keçirilən ərazilərdən uzaq olmağa, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğu otellərə üstünlük verməyə çağırılıb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273