Banqladeşdən Malayziyaya üzən 300-dək qeyri-leqal miqrant Hindistan yaxınlığında həlak olub

Bakı - APA. Banqladeşdən olan 300-dək qeyri-leqal miqrant Hindistanın Andaman adaları yaxınlığında həlak olub. APA-nın “Reuters”-ə istinadın verdiyi məlumata görə, 400-dək miqrant qayıqlarla Banqladeşdən Malayziyaya üzmək istəyib. Andaman adalarının sahil mühafizə xidməti əməkdaşlarının xilas etdikləri miqrantlar bildiriblər ki, 6 motorlu qatıqda 45 gün əvvəl Banqladeşdən yola düşüblər. Lakin onlar məsafəni düzgün hesablamadıqlarından Andaman adaları yaxınlığında 15 gün açıq dənizdə qalıblar. Su ehtiyatının tükəndiyini görən miqrantların əksəriyyəti sahilə üzmək qərarında gəlib. Lakin onların sahilə çatmaq arzusu ürəklərində qalıb. Dekabrın 29-da sahil-mühafizə xidmətinin əməkdaşları Andaman adalarının paytaxtı yaxınlığında qayıqda olan 88 nəfəri xilas edib. 11 miqrant isə Sendi-Poynt adaları yaxınlığında xilas edilib.

Sahil mühafizə xidmətinin əməkdaşları digər miqrantların sağ qalmasına ümidin çox az olduğunu bildirməsinə baxmayaraq, axtarış-xilasetmə tədbirləri davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272