İsrailin bombardmanları nəticəsində ölən fələstinlilərin sayı 307-yə çatıb

israilin bombardmanlari neticesinde olen felestinlilerin sayi 307 ye catib
Qəzza – APA. Dekabrın 28-dən 29-na keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağına endirdiyi raket zərbələri nəticəsində daha 7 fələstinli həlak olub.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İsrail təyyarələri Qəzzada yerləşən 6 obyektə, o cümlədən İslam Universitetinə raket atıblar. İsrail Müdafiə Nazirliyi universitetin “Kassam” raketləri və partlayıcı maddələrin saxlanıldığı iki laboratoriyasının, eləcə də HAMAS Siyasi Bürosunun sədri Xalid Maşalın yaşadığı binanın yanındakı Qonaq Evinin vurulduğunu açıqlayıb. Son bombardmandan sonra dekabrın 27-də başlayan hərbi əməliyyat nəticəsində ölən fələstinlilərin sayı 307-yə çatıb. Yaralıların sayı isə 800-ə yaxındır. İsrail tərəfi həlak olanların əksəriyyətinin HAMAS təşkilatının hərbi qanadı - “İzzəddin əl-Kassam briqadası”nın üzvləri və polislər olduğunu bildirir. HAMAS liderləri isə zərər çəkməyiblər. İsrail Müdafiə Nazirliyinin təmsilçisi HAMAS-a ciddi zərbə vurulduğunu, amma təşkilatın hələ də İsrail ərazisini raket atəşinə məruz qoymaq üçün müvafiq güc və vasitələrə malik olduğunu söyləyib. Əhali arasında keçirilən rəy sorğusunun nəticələrinə əsasən İsrail vətəndaşlarının 81%-i əməliyyatı dəstəkləyir. Ancaq onların 63%-i hesab edir ki, bu əməliyyat ölkə ərazisinə raket atəşlərini dayandırmayacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272