Qəzzada törədilən qətliamlarla bağlı dekabrın 29-u İranda matəm günü elan olunub

Bakı. Laçın Sultanova - APA. İran İslam Respublikasının (İİR) ali dini rəhbəri Seyid Əli Xamneyi Qəzzada yaşanan faciə ilə əlaqədar bəyanatla çıxış edib. İİR-in Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Qəzza zolağında sionist rejimin qorxulu cinayətləri, yüzlərlə məzlum kişi, qadın və uşağın qətliam edilməsi, son illərin məkrli və yalan pərdəsinin arxasından sionist canavarlarının qaniçən simasını bir daha büruzə verib və İslam ümmətinin torpaqlarının qəlbində bu savaşçı kafirlərin mövcudluğunun təhlükəsi barədə qəflət yuxusunda olanlara və səhlənkarlara xəbərdarlıq edib: “Bu tükürpədici hadisənin müsibəti nəinki hər bir müsəlman, dünyanın istənilən nöqtəsində vicdanlı və şərəfli insanı üçün çox təsiredici və sarsıdıcı olub. Bundan daha böyük müsibət isə bəzi ərəb ölkələri və müsəlmanlıq iddiasında olanların susmasıdır. Bu kimi ölkələrin dövlət başçıları Rəsulallah - səllallahu aleyhi və alihi səlləm qarşısında necə cavab verəcəklər? Onlar, bu faciəyə yas saxlayan xalqlarına nə cavab verəcəklər? Cinayətkar Buş Administrasiyası, özünün rüsvayçı hakimiyyətinin son günlərində bu böyük cinayətdə əlbir olmaqla, Amerika rejimini daha da üzü qara etməklə, müharibə cinayətkarı qismində cinayətlər dosyesini daha da qalınlaşdırdı. Avropa ölkələri, bu böyük faciəyə etinasızlıq göstərmək, bəlkə də onu müşayiət etməklə bir daha insan hüquqları tərəfdarı olmaları barədə iddialarının yalan və həqiqətə uyğun olmadığını sübut etdilər, eləcə də İslam və müsəlmanlarla ziddiyyət cəbhəsində olduqlarını göstərdilər. İndi Ərəb dünyasının alimləri və ruhaniləri, habelə Misirin “Əl-Əzhər” dini təhsil ocağının başçılarına sualım budur ki, məgər İslam və müsəlmanlar üçün yaranan təhlükənin hiss edilməsi zamanı yetişməyibmi? Məgər, pislikdən çəkindirmə və zülmkar hakimiyyət qarşısında haqqı bəyan etmənin vacib olması zamanı çatmayıbmı? Məgər Sizə, üzərinizə düşən vəzifəni hiss etməyiniz üçün, savaşa girən kafirlərin ümmətin münafiqələri ilə əlbir olaraq müsəlmanları əzmək üçün Qəzza və Fələstində yaşananlardan daha çılpaq bir durumun meydana gətirmələri gərəkdirmi? İslam dünyasının informasiya vasitələri və ziyalılarına, xüsusilə Ərəb dünyasına sualım budur ki, axı nə vaxta qədər media və ziyalı məsuliyyətinizə laqeydliklə yanaşacaqsınız? Məgər Qərbin insan hüquqları üzrə fəaliyyət göstərən rüsvayçı təşkilatları və BMT-nin sözdə Təhlükəsizlik Şurası adlanan qurumu bundan daha çox rüsvay ola bilərmi?”

Xamneyi bəyanatında bütün fələstinli mücahidlərinin və İslam dünyasının bütün möminlərinin mümkün olan hər bir yolla Qəzzanin qadınlı və uşaqlı müdafiəsiz əhalisini müdafiəyə qalxmalı olduğunu vurğulayıb: “Bu haqq və müqəddəs müdafiədə canını qurban verən hər kəs şəhidlik dərəcəsinə yüksələcək və Rəsulallahın səllalahu aleyhi və alihi səlləmin hüzurunda, “Bədr” və “Uhud” şəhidlərinin sırasında olmaq ümidini qazanacaq”.

İslam Konfransı Təşkilatının belə bir həssas durumda öz tarixi vəzifəsini həyata keçirməli və sionist rejimi qarşısında ehtiyatlılıq və passivlikdən uzaq vahid cəbhə təşkil etməli olduğunu qeyd edən ali dini rəhbər bu rejimin müsəlman ölkələri vasitəsilə cəzalandırılmasının zəruriliyini bildirib: “Bu qəsbkar rejimin başçıları bu cinayətlər və uzun sürən blokadalara görə şəxsən mühakimə olunmalı və cəzalandırılmalıdırlar. Müsəlman xalqları, möhkəm əzmkarlıqları ilə bu tələbləri həyata keçirə bilərlər. Bu zaman kəsiyində siyasətçilərin, alimlərin və ziyalıların üzərinə düşən vəzifə digərlərdən daha ağırdır”.

Xamneyi Qəzza faciəsi ilə əlaqədar dekabrın 29-nu İranda matəm günü elan edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib
    Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkas...
  • mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib
    Müdafiə naziri: “Ermənistanla Azərbaycan arasında hərbi bala...
mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267