Davosda Rəcəb Tayyib Ərdoğanın çıxışını əngəlləmək istəyən aparıcı Türkiyə əsilli erməni imiş

davosda receb tayyib erdoganin cixisini engellemek isteyen aparici turkiye esilli ermeni imis
Ankara - APA. Yanvarın 29-da Davos Forumu çərçivəsində təşkil olunan və qalmaqalla nəticələnən “Qəzza: Orta Şərqdə sülh modeli” adlı panelin moderatorunun milliyyətcə erməni olduğu müəyyənləşib.
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, toplantının aparıcısı, ABŞ-ın “The Washington Post” qəzetinin yazarı David İqnatius əslən türkiyəli olan Amerika ermənisidir. O, Türkiyənin Elazığ vilayətinin Harput rayonundan ABŞ-a köç etmiş ailənin övladıdır. Saxta “erməni soyqırımı”nı dəstəkləyən D. İqnatius əslən türkiyəli erməni olmasının gündəmə gətirilməsini istəmir. Çünki bu halda obyektivliyinə kölgə düşməsindən və tərəfli olduğuna dair rəy yaranmasından ehtiyatlanır.
Xatırladaq ki, Davosdakı paneldə D. İqnatius İsrail prezidenti Şimon Peresə çıxış üçün 25 dəqiqə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana isə 12 dəqiqə vaxt verib. O, Ş. Peresin sərt çıxışından sonra cavab üçün söz almaq istəyən R. T. Ərdoğana söz vermək istəməyib, Türkiyənin baş naziri danışmağa başladıqda isə əli ilə onun çiyninə toxunaraq sözünü kəsməyə çalışıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267