Ermənistanın AŞ PA-da səsvermə hüququndan məhrum edilməsi təklifi qurumun qış sessiyasında müzakirə oluna bilər

ermenistanin as pa da sesverme huququndan mehrum edilmesi teklifi qurumun qis sessiyasinda muzakire oluna biler
Strasburq. Fuad Qulubəyli-APA. “Ermənistanda 2008-ci il 1-2 mart hadisələri ilə bağlı insanların siyasi motivlərə görə ittiham və həbs olunması yolverilməzdir”.
APA-nın Avropa bürosunun verdiyi məlumata görə, bu fikirlər Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin (MK) bəyanatında öz əksini tapıb.
Qeyd edək ki, Monitorinq Komitəsinin toplantısında Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi təklifi irəli sürülüb və bu halın Ermənistan hökumətinin problemin həllində aydın surətdə siyasi iradə nümayiş etdirənə qədər davam etdirilməsinin zəruriliyi vurğulanıb. Ermənistanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin necə yerinə yetirilməsi ilə bağlı hesabat hazırlamaq üçün Monitorinq Komitəsinin həmməruzəçiləri gələn ilin yanvarında İrəvana səfər etmək qərarına gəliblər.
Monitorinq Komitəsinin Parisdə qəbul etdiyi qətnamə layihəsində Ermənistanın 1-2 mart hadisələrində həbs edilmiş insanların azadlığa buraxılması istiqamətində irəliləyişlərin qeydə alınmaması xüsusi vurğulanıb. Bəyanatda qeyd olunub ki, bu sahədə tərəqqi əldə olunmayacağı təqdirdə Ermənistan nümayəndə heyətinin 8 üzvünün səsvermə hüququ dondurula bilər. Bununla bağlı yekun qərar AŞ PA-nın qış sessiyasında veriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267