HAMAS Türkiyənin baş nazirinə dəstək açıqlaması ilə çıxış edib

hamas turkiyenin bas nazirine destek aciqlamasi ile cixis edib
Qəzza – APA. Fələstinin HAMAS hərəkatı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana dəstək açıqlaması ilə çıxış edib.
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, HAMAS-ın sözçüsü Fevzi Berhum Davosda keçirilmiş “Qəzza: Orta Şərqdə sülh modeli” adlı paneldə baş verənlərlə bağlı yazılı açıqlama yayıb. Açıqlamada R. T. Ərdoğanın mövqeyindən və toplantını tərk etməsindən məmnuniyyət ifadə olunur: “HAMAS uşaqlarımıza və qadınlarımıza qarşı sionist hücumlarının qurbanlarını müdafiə edən Rəcəb Tayyib Ərdoğanın cəsur davranışını hörmətlə salamlayır. Salondan ayrılmasını sionistlərin həyata keçirdiyi soyqırımın qurbanlarına dəstəyin ifadəsi olaraq qiymətləndiririk”.

Qeyd edək ki, bu gün Qəzzada Türkiyə baş nazirinə dəstək mitinqinin keçirilməsi planlaşdırılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272